Xəbər lenti

Cənubda çayxanalar etiraza qalxdı - AKSİYA
Dünya08:11 01.12.2013

Cənubda çayxanalar etiraza qalxdı - AKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında Çayxanalar Birliyinin üzvləri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Trend IRNA agentliyinə istinadən məlumat verir ki, onlar çayxanalarda qəlyandan istifadəni qadağan edən qanunun təsdiqlənməsinə etiraz ediblər.

Məlumata əsasən, aksiyada İsfahan, Şərqi Azərbaycan, Fars və Tehran əyalətlərindən etirazçılar iştirak ediblər. Onlar parlamentdən çayxanalarda qəlyandan istifadəni qadağan edən qanuna yenidən baxılmasını və dəyişiklik edilməsini tələb edirlər.

Qeyd edək ki, Çayxanalar Birliyi İranda xidmət sektorunun işçilərinin hüquqlarını müdafiə edir.

Qaynar.info