Ekvadorda 6,5 bal gücündə zəlzə qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, Ambato şəhəri yaxınlığında müşahidə edilən təkan yerin 112 km dərinliyində baş verib. Sarsıntı Kolumbiya və Peruda da hiss edilib.
Qeyd edək ki, Ekvador seysmik aktiv bölgədə yerləşir. 2 il əvvəl baş vermiş 7,8 bal gücündə zəlzələ 650-dən çox insanın ölümünə səbəb olmuşdu.
Gülşən