Xəbər lenti

Cənubi Azərbaycandan Ermənistana turist axını
Dünya15:34 11.02.2017

Cənubi Azərbaycandan Ermənistana turist axını

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni xüsusi xidmətləri fəallığın xeyli artdığını qeyd ediblər
Keçən il İrandan Ermənistana turist axını 30 faiz artıb. İstiPress-in məlumatına görə, bu barədə Ermənistan İqtisadi İnkişaf və Sərmayələr Nazirliyi yanında Dövlət Turizm Komitəsinin sədri Zarmine Zeytunsyan bildirib.
Onun sözlərinə görə, keçən il Ermənistana turizm məqsədi ilə 1,2 milyon adam gəlib ki, bunun içində Rusiya vətəndaşlarından sonra ikinci yerdə İran vətəndaşları gəlir. Rusiyadan Ermənistana kimlərin gəldiyi aydındır - Ermənistandan Rusiyaya köçərək oraya yerləşmiş ailələr yayda qohum-əqrabalarına baş çəkməyə gəlirlər. Yəni onları bir növ turist adlandırmaq da doğru olmaz.
Əsas məsələ İrandan Ermənistana gələnlərin kim olmasıdır. Araşdırmalar göstərir ki, onların arasında müəyyən qədər etnik ermənilər olsa da, müsəlmanlar daha çoxdur. İran müəslmanlarının içində farslarla birlikdə etnik azərbaycanlılar da çoxdur.
Azərbaycanlılar İrəvana xüsusilə Novruz bayramı günləri axışırlar, onları qiymətlərin nisbətən ucuzluğu cəlb edir. Ermənilər İran azərbaycanlılarına gəlir mənbəyi kimi baxırlar və onları cəlb etmək üçünbəzən Novruz tətillərində Avropada yaşayan, amma İrana gedə bilməyən müğənnilərin konsertini təşkil edirlər.
Erməni bloger Albert Voskanyanın yazdığına görə, İran azərbaycanlıları İrəvanda biznes qurur və əmlak alırlar. Yəni Ermənistan iqtisadiyyatın yatırım qoyurlar. Bu isə torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan üçün heç də əlverişli deyil. Ən azından ona görə ki, azərbaycanlıların vəsaiti düşmən ölkənin iqtisadiyyatının çiçəklənməsinə yönəlir.
Qaynarinfo.Az