Xəbər lenti

Cənubi Koreya da Rusiya banklarını SWIFT-dən ayırmağa razılıq verdi
Dünya08:27 28.02.2022

Cənubi Koreya da Rusiya banklarını SWIFT-dən ayırmağa razılıq verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreya bir sıra Rusiya banklarını SWIFT beynəlxalq "sürətli ödənişlər” sistemindən ayırmağa, həmçinin strateji materialların ixracını qadağan etməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, "İnterfaks” bu barədə C. Koreyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bu məsələdə ölkə öz müttəfiqi - ABŞ-la məsləhətləşmək niyyətindədir.
Bundan əvvəl Vaşinqton Rusiya Müdafiə Nazirliyi də daxil olmaqla 49 Rusiya hərbi təşkilatına Amerika mənşəli texnologiya və məhsulların ixracına məhdudiyyətlər qoyduğunu elan edib.
Alpər