Xəbər lenti

Cənubi Koreya gəmisi şimali koreyalı dənizçilərə atəş açdı, Çin gəmisinə çırpıldı
Dünya09:17 16.04.2023

Cənubi Koreya gəmisi şimali koreyalı dənizçilərə atəş açdı, Çin gəmisinə çırpıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreyaya məxsus hərbi kater Sarı dənizdə demarkasiya xəttini keçən Şimali Koreyanın patrul katerinə xəbərdarlıq atəşi açıb. 
Qaynarinfo bu barədə nknews.org-a istinadən xəbər verir.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinin bəyanatına görə, insident şənbə günü, yerli vaxtla səhər saat 11.00 radələrində baş verib.
"Şimali Koreya gəmisi Sarı dənizdə Cənubi Koreyanın ən qərbindəki Baengnyeon adası yaxınlığında dəniz demarkasiya xəttini keçib. Bundan sonra Cənubi Koreya gəmisi xəbərdarlıq atəşi açıb”, deyə məlumatda qeyd edilir.
Şimali Koreya hərbçilərinin cavabı ilə bağlı heç bir məlumat verilməyib. Lakin hadisə zamanı Cənubi Koreya qayığının Çin balıqçı gəmisi ilə toqquşduğu məlum olub. Toqquşma nəticəsində Cənubi Koreya hərbçiləri arasında bir neçə itki var.
Qeyd edək ki, aprelin əvvəlindən Şimali Koreya qısa zamanda fikir mübadiləsi aparmaq və insidentlərin qarşısını almaq üçün yaradılmış xüsusi hökumətlərarası xətt vasitəsilə Cənubi Koreya ilə əlaqələri dayandırıb. Seul bunu Pxenyanın yeni təxribatlar hazırlaması ilə əlaqələndirib.
Başa çatan həftə Şimali Koreya yeni ballistik raketin sınaq buraxılışını həyata keçirib, raket Yapon dənizinə düşüb. Bu Cənubi Koreya və Yaponiyada kəskin etiraza səbəb olub.
Aydın