Cənubi Koreya hərbçiləri Koreyalararası sərhədə yaxın olan Şimali Koreya gəmisinə kömək ediblər.
Qaynarinfo "The Korea Times”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri məlumat yayıb.
Eyni zamanda, Çimali Koreya beynəlxalq rabitə kanalları vasitəsilə insidentlə bağlı məlumatlandırılıb.
Təhlükəli vəziyyətdə olan gəmi ilk dəfə Yapon dənizində Şimal Demarkasiya Xəttindən təxminən üç kilometr şimalda bir patrul təyyarəsi tərəfindən aşkar edilib. Tezliklə gəmidən gələn SOS siqnallarını alan Cənubi Koreyanın patrul gəmisi hadisə yerinə göndərilib. Yaxınlaşdıqdan sonra bəlli olub ki, quruya çıxan gəmi Şimali Koreyaya məxsusdur.
Ekipaj yemək və içməli su istəyib. Onlar qida və su ilə təmin edilib. Şimali koreyalı dənizçilər Cənubi Koreyaya keçmək istəyini ifadə etməyiblər.
Aydın