Xəbər lenti

Cənubi Koreya Şimali Koreya və Rusiyaya hərbi əməkdaşlığa görə sanksiyalar tətbiq etdi
Dünya 12:59 17.12.2024

Cənubi Koreya Şimali Koreya və Rusiyaya hərbi əməkdaşlığa görə sanksiyalar tətbiq etdi

Cənubi Koreya Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıqda iştirak edən, Şimali Koreyanın nüvə və raket proqramlarını maliyyələşdirən, Pxenyanın qeyri-qanuni olaraq sanksiyalar tətbiq etdiyi malları alması ilə məşğul olan 11 şəxsə və 15 təşkilata qarşı sanksiya tətbiq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Dekabrın 19-dan fiziki şəxslərə və təşkilatlara məhdudiyyətlərin qüvvəyə minəcəyi bildirilir. Sanksiya siyahısına Koreya Xalq Ordusunun generalları Kim Yon Bok və Sin Cim Çol, həmçinin raket mühəndisi Li Son Cin və digər yüksək rütbəli ordu zabiti Li Bon Çun daxildir.

Şimali Koreyanı əsas raket materialları və texnologiyaları ilə təchiz etdiyi iddia edilən Roman Alar və onun "Parsec” şirkəti kimi bir neçə iş adamı və onların rəhbərlik etdiyi şirkətlərə də məhdudiyyətlər qoyulub.

Ümumilikdə sanksiya siyahısında Rusiyanın 7 fiziki şəxsi və 13 təşkilatı, o cümlədən bir neçə bank var. Artıq onlarla maliyyə və ya valyuta əməliyyatları aparmaq üçün Seulun icazəsi tələb olunur.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->