Bu gün KXDR və Cənubi Koreya Koreyanın yapon işğalından azad edilməsinin 78-ci ildönümünü qeyd edirlər. Cənubi Koreya prezidenti Yun Sok Yol bayram nitqində qeyd edib ki, o, nüvəsizləşdirmə müqabilində KXDR-ə humanitar yardım göstərmək təşəbbüsü üzərində işləməyə davam edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Yonhap məlumat
yayıb.
Yun Sok Yol bildirib ki, KXDR-dən gələn nüvə raket təhlükəsini aradan qaldırmaq üçün Şimali Koreya raketləri haqqında Cənubi Koreya, Yaponiya və ABŞ arasında real vaxt rejimində məlumat mübadiləsinə ehtiyac var.
"Biz cəsarətli təşəbbüs üzərində çalışaraq sülhü böyük güc əsasında quracağıq. Biz beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəyik ki, Şimali Koreya hakimiyyəti öz xalqının həyatını yaxşılaşdıra bilməsi üçün nüvə silahı və raketlərdən daha çox dialoq və əməkdaşlıq yolunu seçsin”, - Yun Suk Yol deyib.
Ötən il Yun Sok Yel yubiley çıxışında ilk olaraq Şimali Koreyanın humanitar yardım müqabilində nüvəsizləşdirmə təşəbbüsündən danışıb. KXDR liderinin bacısı Kim Yo Çjon ölkəsinin bu təkliflə razılaşmayacağını bildirib.
Nizami Bağırov