Xəbər lenti

Dünya 19:42 23.12.2023

Cənubi Koreya kəşfiyyatı fövqəladə rejimə keçir

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Çimali Koreyanın mümkün təxribatları səbəbindən fövqəladə vəziyyət rejiminə keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Milli Kəşfiyyat Xidmətinin bəyanatına istinadən yazıb.

Nəşr bildirir ki, müvafiq qərar oktyabrın 22-də xidmət rəhbərliyinin iclasında qəbul edilib.

"Şimali Koreya yalan məlumat yaymaqla ictimai rəyi parçalamağa cəhd edə bilər", deyə nəşr yazıb.

"Yonhap" həmçinin irimiqyaslı kiberhücumlar və dron hücumları kimi aşağı intensivlikli təxribatların mümkünlüyünü bildirir. Qeyd olunur ki, Milli Kəşfiyyat Xidməti Şimali Koreya istiqamətində gecə-gündüz müşahidə aparacaq və əsas təhlükəsizlik obyektlərini nəzarətdə saxlayacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->