
Beş həftədir davam edən etiraz nümayişlərinin ardından Cənubi Koreya prezidenti Park Geun-Hye parlamentin tələbi ilə istefa verməyə hazır olduğunu bildirib
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı istefa edəcəyini canlı yayında açıqlayıb.
Canlı yayım zamanı o bildirib ki, parlament onun gedişi ilə “problemi kiçildə” bilsə, dərhal tutduğu vəzifədən istefa verəcək.
Park Guen-Hye canlı yayım zamanı bir daha xalqa səslənərək, "Choi skandalı" ilə əlaqədar üzr istəyib və insanların qəzəbini sakitləşdirə bilmədiyi üçün üzgün olduğunu bəyan edib
Qeyd edək ki, Park Guen-hyenin səlahiyyət müddəti 2018-ci ildə tamamlanacaq.
Parkın istefasını istəyən xalq bir aydan artıq müddətdir ki, hər şənbə günü etiraz aksiyası keçirirdilər.
Aydın Mirzə
Qaynarinfo.Az