Xəbər lenti

Cənubi Koreya Rusiyanı sanksiyalarla hədələdi
Dünya09:59 19.10.2023

Cənubi Koreya Rusiyanı sanksiyalarla hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva Pxenyana hərbi texnologiya ötürərsə, Cənubi Koreya Rusiya və Şimali Koreyaya qarşı Qərb sanksiyalarını tətbiq etməyə çalışacaq.
Qaynarinfo xəbər verir ki, bunu Koreya Respublikasının birləşmə naziri Yonhap News TV-yə deyib.
"Rusiya Şimali Koreyaya hərbi texnologiya təklif edərsə, bu, Cənubi Koreyanın təhlükəsizliyinə ciddi təhdid yaradacaq. Bu halda biz ABŞ və digər ölkələrlə birlikdə Rusiya və Şimali Koreyaya qarşı sərt sanksiyalara əl atmağa məcbur olacağıq”, – Kim Yonq Ho bildirib.
Nazir qeyd edib ki, Cənubi Koreyanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyib. Seul Kiyevi silahla təmin etmir. Həmçinin Cənubi Koreya "Rusiyaya qarşı birtərəfli sanksiyaları” nəzərdən keçirmir. Seul Vaşinqtonun Pxenyanın Moskvaya silah ötürməsi barədə məlumatını etibarlı hesab edir. Lakin nazir detalları açıqlamaqdan imtina edib.
Xatırladaq ki, sentyabrda Cənubi Koreya prezidenti Yun Sok Yol KXDR-dən Rusiyanın hərbi texnologiyası müqabilində mümkün silah tədarükünü birbaşa təxribat adlandırıb. Bu bəyanatlar Kim Çen İnin Uzaq Şərqə səfəri fonunda verilib. "The New York Times” yazır ki, Şimali Koreya Rusiya tərəfindən peyklər və nüvə sualtı qayıqları üçün qabaqcıl texnologiyalarım təmin edilməsində maraqlıdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrda bildirib ki, Britaniya kəşfiyyatının Şimali Koreyadan Rusiya Federasiyasına silah tədarükünün başlanması ilə bağlı məlumatları sübuta əsaslanmır.
Nizami Bağırov