Xəbər lenti

Cənubi Koreyada 10 min insan təxliyə edildi – Omasis tayfunu
Dünya07:50 24.08.2021

Cənubi Koreyada 10 min insan təxliyə edildi – Omasis tayfunu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Omasis tayfunu bazar ertəsi günü ölkənin üzərindən keçərək, daşqınlara və sürüşmə təhlükəsinə səbəb olub. 
Qaynarinfo xəbər verir ki, bu haqda Ryonghap xəbər agentliyi Cənubi Koreya hökumətinə istinadən məlumat yayıb. Hadisə nəticəsində 10 mindən çox insanı təxliyə etməli olublar.
Hökumətin verdiyi məlumata görə, itki olmasa da, bir çox bölgənin sakinləri təxliyə edilməli olub. Sellərin Tongen, Busan, Saçhon və Ulsan şəhərlərində baş verdiyi bildirilir. Çolla-namdo əyalətində 10 mindən çox sakin bir gecədə evlərini tərk edib.
Bundan başqa, bu əyalətdə Milyan və Kvançju şəhərlərini birləşdirən bir neçə avtomobil və dəmir yolu bağlanıb. 86 uçuş və 70 bərə ləğv edilib.
Bu gün tayfunla bağlı xəbərdarlıqlar qaldırılsa da, ölkə ərazisində güclü yağış və yağıntı gözlənilir.
Alpər