Cənubi Koreyada leysan yağışlardan sonra irimiqyaslı daşqınlar başlayıb, qurbanların sayı artıq 39 nəfərə çatıb.
Qaynarinfo bu barədə Reuters-ə iustinadla xəbər verir.
Agentliyin məlumatına görə, yağıntılar ölkənin mərkəzi və cənub rayonlarına düşüb. Su basmış yeraltı tuneldə onlarla insan ölü tapılıb. Cənubi Koreyanın Daxili İşlər Nazirliyi də ölkə daxilində 9 nəfərin itkin düşdüyünü, 34 nəfərin yaralandığını bildirib.
Çonqju şəhərinin mərkəzindəki tuneldə azı 12 nəfər ölüb. Video dağ sürüşməsinin tuneli doldurduğu dramatik anı əks etdirir. Nəticədə ondan çox avtomobil və avtobus su altında qalıb. Xilasedicilər indiyədək yalnız 3 nəfərin cəsədini çıxara biliblər.
Zərər çəkmiş ərazilərdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam edir.
Yoldan müntəzəm istifadə edən bəzi sürücülər hökuməti daşqın proqnozlarına baxmayaraq, tunelə girişi qadağan etməməkdə ittiham ediblər.
Xatırladaq ki, ötən il Seul son 115 ilin ən güclü yağışlarına məruz qalmışdı. Elementlər nəticəsində azı 14 nəfər ölüb, metro, yollar və evlər su altında qalmışdı. O zaman Koreya hökuməti iqlim dəyişikliyi nəticəsində yaranan təbii fəlakətlərlə daha yaxşı mübarizə aparmaq üçün addımlar atacağına söz vermişdi.