Cənubi Koreyanın Konqven əyalətində fövqəladə vəziyyət elan edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qərarın səbəbi bölgədə müşahidə edilən meşə yanğınıdır. Təbii fəlakət 250 ha ərazini əhatə edir, 125 yaşayış binası yanğın nəticəsində yararsız hala düşüb, 3 nəfər həyatını itirib.