
Şimali Koreyanın ballistik raket sınağından sonra Cənubi Koreya da iki raket atıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya Şimaldan 6 dəqiqə sonra "Hyunmoo-2" adlı 2 raket atıb və 250 km məsafədə yerləşən hədəf uğurla vurulub.
Cənubi Koreya müdafiə nazirliyi açıqlama verərək bildirib ki, Şimali Koreyanın sınağını əvvəlcədən müəyyənləşdirmə və qarşısını alma potensialına sahibdirlər. Ölkə başçısının sözçüsü isə açıqlama verib və prezidentin biokimyəvi hücuma qarşı hazırlıq təlimatı verdiyini deyib.
Qeyd edək ki, Şimali Koreya sentyabrın əvvəli hidrogen bombası, indi isə ballistik raket sınaqdan keçirib və bu, bir çox ölkənin tədbirlər görməsinə səbəb olub.
Gülşən
Qaynarinfo.Az