Xəbər lenti

Cənubi Koreyadan Şimala sərt cavab
Dünya17:32 15.09.2017

Cənubi Koreyadan Şimala sərt cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cənubi Koreya prezidenti Mun Ce İn Şimali Koreyanın son raket sınağına münasibət bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sınaqdan sonra milli təhlükəsizlik komissiyasını görüşə çağıran prezident Şimali Koreya ilə dialoqun artıq mümkünsüz olduğunu, provakasiyaları oturub izləməyəcəklərini, Cənubi Koreyanın bu ölkəni hissələrə bölə biləcək potensiala sahib olduğunu deyib. 

Qeyd edək ki, Şimali Koreya bu gecə Yaponiya üzərindən keçərək Sakit okeana eniş edən ballistik raketini sınaqdan keçirib. Yeni hakimiyyətə gələn Cənubi Koreya prezidenti əvvəllər Şimali Koreya ilə dialoq qurmaq üçün addımlar atırdı, lakin son dövrlərdə həyata keçirilən raket sınaqları dialoq variantını mümkünsüzə çevirib.

Gülşən

Qaynarinfo.Az