Xəbər lenti

Cənubi Koreyanın müdafiə naziri vətəndaşlardan üzr istədi və istefa verdi
Dünya 13:59 04.12.2024

Cənubi Koreyanın müdafiə naziri vətəndaşlardan üzr istədi və istefa verdi

Cənubi Koreya Müdafiə Nazirliyinin rəhbəri, ölkədə hərbi vəziyyətin tətbiqinin təşəbbüskarı Kim Yonq Hyun yaranmış vəziyyətə görə vətəndaşlardan üzr istəyib. 

Qaynarinfo xəbər verir ki, o, istefa ərizəsini prezident Yun Seok-yeola təqdim etdiyini bildirib.

Kim Yonq Hyun jurnalistlərə deyib ki, milli müdafiə naziri kimi məsuliyyəti tam qəbul edir və ictimaiyyətdə çaşqınlıq və narahatlıq yaratdığı üçün təəssüflənir. O, şəxsən Yun Seok Yeola hərbi vəziyyət elan etməyi təklif etdiyini təsdiqləyib.

Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, bu qərarını Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının zəruriliyi ilə izah edib. Media isə dövlət başçısının hərəkətlərini siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.

Bunun fonunda Seulun mərkəzində vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Parlament daha sonra hərbi vəziyyəti ləğv etdi. Yun Seok Yeol özü də hökumətin qarşıdan gələn iclasında ölkədə hərbi vəziyyətin tətbiqi haqqında fərmanı ləğv etmək niyyətində olduğunu bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->