Xəbər lenti

Cənubi Osetiya tezliklə Rusiyanın tərkibinə daxil olmağa hazırlaşır, Abxaziya isə...
Dünya07:13 31.03.2022

Cənubi Osetiya tezliklə Rusiyanın tərkibinə daxil olmağa hazırlaşır, Abxaziya isə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci il aprelin 10-na təyin edilmiş prezident seçkilərindən sonra Cənubi Osetiyanın Rusiyaya daxil olması ilə bağlı referendum keçiriləcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.
Cənubi Osetiya parlamentinin spikeri Alan Tadtaev respublikanın Rusiyaya qoşulması ilə bağlı referendumun "yaxın vaxtlarda” keçiriləcəyini təsdiqləyib. "Rusiya Federasiyasına qoşulmaq üçün hər cür əsasımız var, buna heç bir hüquqi maneə yoxdur”, - o əlavə edib.
Respublikanın hazırkı prezidenti Anatoli Bibilovun sözlərinə görə, Cənubi Osetiyanın hələ 2014-cü ildə Rusiya ilə birləşmək imkanı olub, lakin sonra bu fürsət əldən verildi. "Yaxın vaxtlarda müvafiq hüquqi addımlar atacağıq, - o deyib. - Cənubi Osetiya Respublikası tarixi vətəni Rusiyanın bir hissəsi olacaq”.
"Abxaziyanın Konstitusiyası respublikanın Rusiya Federasiyasının tərkibinə daxil olmasına icazə vermir”. Bu sözləri isə "İnterfaks”a Abxaziya parlamentinin sədri Valeri Kvarçia deyib.
O, izah edib ki, Abxaziyanın Rusiya Federasiyasına qoşulmasından söhbət gedə bilməz. "Abxaziyanın Konstitusiyası tamamilə aydın şəkildə ölkəmizi müstəqil dövlət elan edir”, - o deyib.
Alpər