Xəbər lenti

Cənubi Qafqaz Suriyaya çevrilə bilər - Moskvadan ŞOK PROQNOZ
Dünya11:54 15.07.2016

Cənubi Qafqaz Suriyaya çevrilə bilər - Moskvadan ŞOK PROQNOZ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Dünyada, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın post-sovet ölkələrində  yeni hərbi münaqişələr yaranması ehtimalı qalır”.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bunu hərbi-elmi konfransda Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Dünyada vəziyyətin inkişafının analizi göstərir ki, ən yaxın perspektivdə hərbi münaqişələrin yaranması ehtimalı qalır. Suriyada olduğu kimi belə böhran vəziyyətləri istənilən ölkədə, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın post-sovet dövlətlərində yarana bilər”, - o, deyib.
Onun sözlərinə görə, bu şəraitdə Rusiya müvafiq olaraq potensial təhlükələrə reaksiya verməyə məcburdur.
Qaynarinfo.Az