Xəbər lenti

Cerard dünyanın ən yaxşı futbolçusunun adını açıqladı
İdman11:27 11.12.2021

Cerard dünyanın ən yaxşı futbolçusunun adını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqa komandalarından olan "Aston Villa"nın baş məşqçisi Stiven Cerard ən yaxşı oyunçunun adını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, vetran futbolçu "Liverpul"un Məhəmməd Salahı tərifləyib və onun hazırda dünyanın ən yaxşı oyunçusu olduğunu bildirib. O, "Liverpul"la oyundan öncə keçirilən mətbuat konfransında aşağıdakı ifadələrdən istifadə edib: "Biz çox yaxşı komandayıq və mən oyunçularımdan razıyam. Onlar əllərindən gələni edirlər və yaxşı mübarizə aparırlar. "Liverpul"a qarşı çox yaxşı oynayaraq, onların vəziyyətini çətinləşdirmək istəyirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Salah şübhəsiz ki, hazırda dünyanın ən yaxşı oyunçusudur. O, komandası üçün vacib işlər görən çox istedadlı futbolçudur”.
Cari mövsümə əla formada başlayan misirli ulduz indiyədək Premyer Liqada meydana çıxdığı 15 matçda 13 qola, 11 məhsuldar ötürməyə imza atıb. Salah Çempionlar Liqasında "Liverpul"un heyətində meydana çıxdığı 6 oyunda 7 qol vurub.
Bu mövsüm misirli ulduz ümumilikdə 31 qola imza atıb.
Səbuhi Həsənov