Xəbər lenti

Cərrah qeysəriyyə əməliyyatından sonra qadının qarnında telefonunu unudub
Dünya16:00 14.05.2015

Cərrah qeysəriyyə əməliyyatından sonra qadının qarnında telefonunu unudub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İordaniyanın özəl klinikalarının birində cərrah qeysəriyyə əməliyyatı etdikdən sonra öz mobil telefonunu qadının qarnıdna unudub.

Zərərçəkən – 36 yaşlı Hanan Mahmud Abdul Kərim – aprelin 24-də əməliyyat keçirib, sonra isə evə buraxılıb. Bir müddət hər şey yaxşı olub, amma sonradan o, dəhşətli ağrılar hiss edib və tərpənməkdə çətinlik çəkib.

Qadınnı ansı onu yenidən xəstəxanaya gətirib, amma ona orada heç bir yardım etməyiblər. o zaman qadınlar Əl-Başir dövlət xəstəxanasına gediblər, zərərçəkən retgen edilib və onun qarnında yad əşya görünüb. Həkimlər onu təcili əməliyyat ediblər və telefonu çıxarıblar.  

Onun işi İordaniya parlamentinə verilibvə deputat Səlim Əl-Batayna dövlət hakimiyyətini bu qalmaqallı hadisəyə görə istehfaya çıxmağa çağırıb. Onun sözlərinə görə, hakimiyyətin xalqa hörmət etdiyi ölkələrdə belə hadisəlrədən sonra istehfaya çıxırlar. Bu halda da ölkə hakimiyyəti baş verənlərə görə öz məsuliyyətini nümayiş etdirməlidir.

Iordaniya səhiyyə nazirliyinin nümayəndəsi bütün bu hadisənin uydurma olduğunu bəyan edib. amma o əlavə edib ki, nazirlik bu işlə məşğul olur. //oxu.az

Qaynar.info