Dünya 18:41 28.10.2022

Cəsəd torbası, Rusiya və Ukrayna bayraqları (FOTO)

Çexiya Daxili İşlər Nazirliyinin binasında cəsəd üçün nəzərdə tutulan torbada Rusiya prezidenti Vladimir Putinin şəkli asılıb.

Qaynarinfo xəbər verir ki, fotonu Çexiyanın daxili işlər naziri Vit Rakusan "Twitter"də paylaşıb.

Foroda Rusiya prezidentinin şəklinin yanında Çexiya və Ukrayna bayraqları yer alır. 

"Biz bilirik ki, azadlığımız üçün qan tökən dostumuz kimdir. Biz də düşmənimizin kim olduğunu bilirik və onun vətənpərvərlik anlayışını və bayrağımızı oğurlamasına imkan verməyəcəyik”, deyə nazir qeyd edib.

28 oktyabr Çexiyada müstəqil Çexoslovakiyanın yaranması günüdür.

Nizami Bağırov