Xəbər lenti

Çexiya prezidenti 14 nəfərin Ukraynada döyüşməsinə icazə verdi
Dünya12:20 02.08.2023

Çexiya prezidenti 14 nəfərin Ukraynada döyüşməsinə icazə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çexiya prezidenti Petr Pavel 14 öllə vətəndaşının Rusiya Federasiyasına qarşı döyüşmək üçün Ukrayna Silahlı Qüvvələrinə qoşulmasına icazə verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "İrozhlas" portalına Çexiya prezidentinin mətbuat katibi Marketa Rehakova məlumat verib. 
Nəşr qeyd edir ki, prezidentin icazəsi olmadan çexlər üçün xarici silahlı qüvvələrdə xidmət qanunla qadağandır. Buna görə onları cinayət məsuliyyəti gözləyir.
İndiyənədək 146 Çexiya vətəndaşı Ukrayna ordusunda xidmət etmək üçün prezidentdən icazə alıb, onlardan 132-si keçmiş president Miloş Zeman verib. 
Bundan əlavə, Pavel 8 nəfərin Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq xahişini rədd edib. Mətbuat katibi qərarın səbəblərini şərh etməkdən imtina edib.
Nizami Bağırov