Xəbər lenti

Çexiya Ukraynaya kömək etmək üçün Tayvanla birləşdi - "Reuters"
Dünya09:02 12.11.2023

Çexiya Ukraynaya kömək etmək üçün Tayvanla birləşdi - "Reuters"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çexiya və Tayvan hökumətləri Ukraynanın yenidən qurulmasına kömək etmək üçün birgə iş haqqında saziş imzalayıblar. 
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Tayvan və Çexiya arasında hər iki ölkənin paytaxtlarında səfirləri tərəfindən imzalanmış saziş su və enerji sistemlərinin bərpası üzrə birgə işi nəzərdə tutur.
Nəşrin yazdığına görə, Tayvan Rusiyanın işğalından sonra Ukraynaya geniş rəğbət bəsləyir və bir çox tayvanlılar Ukraynadakı vəziyyətlə ölkələrinin Çindən üzləşdiyi təhlükə arasında paralellik görürlər. Tayvanın Ukraynaya 100 milyon dollardan çox humanitar yardım göndərdiyi və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulduğu bildirilir.
Çexiya hökumətinin Ukraynanın yenidən qurulması üzrə komissarı Tomaş Kopeçni ölkələr arasında rəsmi diplomatik əlaqələrin olmamasına baxmayaraq (Tayvanın Vatikandan başqa heç bir Avropa ölkəsi ilə rəsmi diplomatik əlaqələri yoxdur) Taypeyi böyük müttəfiq kimi qiymətləndirib.
Tayvanın xarici işlər nazirinin müavini Roy Li deyib ki, Ukrayna yekun qələbəyə yaxınlaşdıqca bu ölkəyə yardım normal həyatın bərpasına kömək etmək üçün digər sahələrə də genişlənəcək.
Aydın