Çexiyanın müdafiə naziri Jana Çernoxova BMT-nin Yaxın Şərqdəki vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə görə ölkənin qurumdan çıxmasına çağırıb.
Qaynarinfo xəbər verir ki, onun fikrincə, bu, terrorçulara dəstək ifadə edir.
"HƏMAS terrorçularının İsrailə qarşı misli görünməmiş terror hücumuna biz də daxil olmaqla, yalnız 14 ölkə açıq və aydın şəkildə qarşı çıxdı. BMT-dən utanıram. Məncə, Çexiyanın terrorçuları dəstəkləyən və ölkələrin özünümüdafiə fundamental hüququna hörmət etməyən bir təşkilatda qalmasına heç bir səbəb yoxdur. Gəlin ordan çıxaq", deyə nazir bildirib.
Çernoxovanın sözlərinə görə, HƏMAS-ın İsrailə hücumu 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" qruplaşmasının ABŞ-a qarşı törətdiyi terror hücumları ilə eyni səviyyədədir.
Aydın