Çexiya vətəndaşlarının yarıdan çoxu hesab edir ki, onların ölkəsi xarici təcavüz halında özünü müdafiə edə bilməyəcək, lakin böyük əksəriyyəti razıdır ki, ölkənin suverenliyi nəyin bahasına olursa-olsun, qorunmalıdır.
Qaynarinfo iDNES portalına istinadən yazır ki, bunu Çexiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (CVVM) sorğusu
göstərir.
Çexlərin əksəriyyəti (84%) bu fikirdədir ki, dövlətin suverenliyi nəyin bahasına olursa-olsun, qorunmalıdır və respondentlərin yalnız onda biri belə mövqenin əleyhinədir.
Eyni zamanda, respondentlərin 56%-i münaqişə baş verəcəyi təqdirdə Çexiyanın özünü müdafiə edə biləcəyinə şübhə etdiyini, 40%-i isə ölkənin özünü müdafiə edə biləcəyinə inandığını bildirib.
Eyni zamanda, Çexiya vətəndaşlarının fikirləri Çex Respublikasının müdafiəsinin (yarısı hesab edir ki, "bizim kimi kiçik bir ölkəyə dair qərarları supergüclər verir”) və müdafiə xərclərinin artmasının (lehinə 50%, əleyhinə 46%) vacib olub-olmadığı mövzusunda demək olar ki, bərabər bölünür.
CVVM analitikləri hesab edirlər ki, xüsusən 2016-2022-ci illərlədəki sorğularla müqayisədə, indi müdafiə xərclərinə daha çox dəstək var. O vaxtlar Çex cəmiyyətində müdafiə xərclərinin sadəcə olaraq dövlət büdcəsi üçün lazımsız yük olduğu fikri üstünlük təşkil edirdi.
Bundan əlavə, respondentlərin beşdə ikisindən az hissəsi Çexiya ordusunun səviyyəsini Qərb ölkələrinin orduları ilə müqayisə oluna bilən hesab edir, 52%-i isə Çex ordusunun Qərb ordularından daha az inkişaf etdiyini düşünür.
CVVM sorğusu mayın sonundan iyulun sonuna qədər aparılıb və 15 yaş və daha yuxarı yaşda olan 929 respondenti əhatə edib.
Nizami Bağırov