ABŞ-ın yeni administrasiyasının gələcək vitse-prezidenti, Donald Trampın komandasında olan Cey Di Vens bəyan edib ki, Birləşmiş Ştatların Qrenlandiyada hərbi güc tətbiq etməsinə ehtiyac yoxdur. Bununla yanaşı, o qeyd edib ki, ada ilə bağlı "razılaşma əldə etmək mümkündür".
Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqəti" "Fox News"a istinadən
azır.
"Bizim hərbi güc tətbiq etməyə ehtiyacımız yoxdur. İnsanlar unudurlar ki, bizim Qrenlandiyada artıq (müəyyən sayda hərbi kontingent – red.) qoşunlarımız var", - Vens deyib.
Onun sözlərinə görə, Trampın oğlunun Qrenlandiyaya son səfəri zamanı yerli sakinlər "öz resurslarını inkişaf etdirmək hüququna sahib olmaq istəklərini" ifadə ediblər. Vensin fikrincə, Danimarka hakimiyyəti regionun təhlükəsizliyi üçün kifayət qədər iş görməyib.
"Açığı, hazırkı rəhbərlik – Danimarka hökuməti, Qrenlandiyanın təhlükəsizliyini təmin etmək üçün elə də yaxşı işləməyib", – deyə o bildirib.
Buna görə gələcək vitse-prezident ABŞ-ın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsində və təbii resursların istifadəsində "liderlik təşəbbüsünü" üzərinə götürməsi üçün bunun "yaxşı bir imkan" olduğunu bəyan edib.
"Bu, Donald Trampın ən yaxşı bacardığı şeydir. O, razılaşmalar əldə etməyi yaxşı bacarır və məncə, Qrenlandiya ilə bağlı bir razılaşma əldə etmək mümkündür", – Vens yekunlaşdırıb.
Gələcək ABŞ prezidenti Donald Tramp bir qədər əvvəl Qrenlandiya üzərində nəzarət əldə etmək üçün hərbi və ya iqtisadi gücdən istifadə imkanını istisna etməyib və bunu ABŞ-ın milli təhlükəsizliyi məsələsi kimi xarakterizə edib.
Danimarkanın baş naziri Mette Frederiksen bu bəyanatdan sonra Qrenlandiyanın onun sakinlərinə məxsus olduğunu vurğulayıb. Qrenlandiyanın baş naziri Mute Eqede isə adanın nə amerikalı, nə də danimarkalı olmaq istədiyini, müstəqil olmaq arzusunda olduğunu bildirib.
Alpər
Şərhlər