Siyasət 18:15 19.07.2022

Ceyhun Bayramov Borrelli Mirzoyanla görüşü barədə məlumatlandırıb

"Biz Cənubi Qafqazda sülhü, inkişafı və çiçəklənməni təşviq edən, buna şərait yaradan bütün səyləri dəstəkləyirik".

Qaynarinfo xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Josep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında bildirib.

"Ötən həftə Tiflisdə Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutan görüşü təqdir edirəm. Cənab Ceyhun Bayramova bu görüşlə bağlı məni məlumatlandırdığı üçün təşəkkür edirəm. Aİ regionda normallaşmanı və sülh istiqamətində səyləri dəstəkləməyə hazırdır.

Aİ fikir ayrılıqları üzərində körpünün qurulmasına kömək etmək üçün çalışır və biz bu istiqamətdə fəal işləyirik”, - Borrell qeyd edib.