Siyasət 14:08 22.09.2022

Ceyhun Bayramov: “Ermənistan sülh gündəliyinə yönəlməlidir”

"Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Real TV”yə müsahibəsində deyib.

"Ermənistanın dediyi sözlə əməli arasında fərq var. Ermənistan sözdə sülh prosesinə sadiqliyini ifadə edir. Onlar delimitasiya prosesinin aparılmasının tərəfdarı olduğunu deyirlər. Amma Ermənistan Təhlükəsizlik Şurasının baş katibi bu ilin iyul ayında etiraf etmişdi ki, terrorçular hələ Qarabağdan çıxarılmayıb. Deməli, ən azı 2 il ərzində ermənilər üçtərəfli sazişi pozublar. Necə olur ki, Laçın şəhəri və ətrafında 2021-ci il Ermənistan istehsallı 1300-dən çox mina aşkarlanıb. Elə isə üçtərəfli sazişə sadiqlikdən necə danışmaq olar? Ermənistan konstruktiv olaraq sülh gündəliyinə yönəlməlidir. Bu, Nyu-Yorkdakı görüşdə bir daha diqqətə çatdırıldı”, - o bildirib.