Xəbər lenti

Ceyhun Bayramov ilk məcburi köçkün ailələrinin evlərinə qayıtmasından danışdı
Siyasət09:24 23.11.2021

Ceyhun Bayramov ilk məcburi köçkün ailələrinin evlərinə qayıtmasından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan azad olunmuş ərazilərinin yenidən inteqrasiyası istiqamətində sürətlə irəliləyir".
Qaynarinfo xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramovun Antalya Diplomatik Forumunun tviter səhifəsində paylaşılan videomüraciətində deyib.
"Noyabrın 8-də Azərbaycanda Qələbə Gününü qeyd etmişik. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində biz torpaqlarımızı erməni işğalından azad etdik. Bu qələbə ölkəmin tarixində yeni dövr açdı, beynəlxalq haqq-ədaləti, ev-eşiklərini tərk etmək məcburiyyətində qalmış 1 milyon insanın hüquqlarını bərpa etdi. İndi qarşımızda azad edilmiş əraziləri minalardan təmizləmək və bərpa etməklə bağlı yeni mühüm vəzifələr durur. Azad edilmiş ərazilərin yenidən inteqrasiyası istiqamətində böyük işlər görmüşük. Yaxın gələcəkdə ilk məcburi köçkün ailələrinin öz evlərinə qayıtmasının şahidi olacağıq. Cənubi Qafqazda uzun müddətdir həsrətində olduğumuz sülhün və əmin-amanlığın bərqərar olacağına inanırıq. Azərbaycan regionda sülhü, sabitliyi, rifahı gücləndirmək istiqamətindəki səylərini davam etdirəcək”, - müraciətdə deyilir.