Xəbər lenti

Ceyhun Hacıyev 19 ildən sonra
Ölkə 15:30 31.07.2026

Ceyhun Hacıyev 19 ildən sonra "Pasha Group"dan ayrıldı

"PAŞA Kapital İnvestisiya Şirkəti"nin keçmiş baş icraçı direktoru (CEO) Ceyhun Hacıyev "Pasha Group"dan ayrılıb.

Valyuta.az-ın verdiyi məlumata görə, C.Hacıyev 2007-ci ildən fəaliyyət göstərdiyi "PASHA Group"dakı 19 illik karyerasını başa vurduğunu açıqlayıb.

C.Hacıyev 2023-cü ilin yanvarından 2026-cı ilin iyun ayınadək "PAŞA Kapital"ın baş icraçı direktoru vəzifəsində çalışıb. Bundan əvvəl o, şirkətdə direktor vəzifəsini tutub.

Karyerası ərzində o, "PAŞA Bank"da Xəzinədarlıq departamentinin direktoru, Xəzinədarlıq və Maliyyə İnstitutları departamentinin rəhbəri, həmçinin "PASHA Bank Georgia"da Xəzinədarlıq departamentinin rəhbəri vəzifələrində çalışıb.

O, 2020-2025-ci illərdə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının İdarə Heyətinin sədri olub.

Qeyd edək ki, 2021-ci ildə Ceyhun Hacıyev "Azərbaycanın investisiya sektorunda ən uğurlu CEO" adına layiq görülüb.

C.Hacıyev yeni fəaliyyət istiqaməti ilə bağlı hələlik hər hansı açıqlama verməyib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->