Xəbər lenti

CIA-nın casusu Çinə işləyirmiş
Dünya09:40 02.05.2019

CIA-nın casusu Çinə işləyirmiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) sabiq casusu Cerri Li Çin üçün işlədiyini etiraf edib.
Qaynarinfo xəbər verir ki, CIA-da 13 il işləyən Cerri Li Virciniyada Federal Bölgə Məhkəməsinə gizli sənədləri toplayıb Çinə göndərdiyini etiraf edib. Linin vəkili Edvard Makmahon isə müvəkkilinin Çin agenti olmadığını və dövlət sirrlərini satmaqda ittiham edilmədiyini iddia edib. Məhkəmənin məlumatına görə, Çin Cerri Lidən CIA ilə əlaqədar 21 sənəd istəyib. 
Sabiq casusa ömürlük həbs cəzası tələb edilib. Lakin məhkəmə ilə razılıq əldə edildiyi üçün o, 21 il müddətinə azadlıqdan məhrum edilə bilər. Cerri Li barədə hökm avqust ayında veriləcək.
Gülşən