Ciddə (Səudiyyə Ərəbistanı) şəhərində martın 11-də Ukrayna və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlarda nə Ukraynada seçkilərin keçirilməsi, nə də Prezident Volodimir Zelenskinin istefası müzakirə olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Fox News jurnalisti Nana Sacaya danışıqların gedişatı ilə tanış olan məlumatlı mənbələrə istinadən yazıb.
"Birbaşa Ukrayna-Amerika danışıqlarına cəlb olunmuş mənbə bildirir ki, Ciddədə nə seçkilərin keçirilməsi, nə də Prezident (Volodimir – UNİAN) Zelenskinin istefası müzakirə olunub”, – o, X sosial şəbəkəsində yazıb.
Martın 3-də ABŞ Prezidenti Donald Tramp yenidən Ukrayna lideri Volodimir Zelenskini tənqid edib. Bu dəfə o, Zelenskinin müharibənin başa çatmasına "çox, çox uzaq” qaldığı barədə sözlərini hədəfə alıb. Trampın iddiasına görə, Ukrayna lideri guya müharibənin dayandırılmasını istəmir.
Bundan əvvəl Tramp Zelenskini "seçkisiz diktator” adlandırmışdı. Bir neçə gün sonra ondan bu sözləri soruşduqda isə özünü elə aparmışdı ki, guya belə bir bəyanat verdiyinə inanmır.
Sonradan Ağ Ev bəyan edib ki, Donald Tramp Zelenski ilə aralarında baş verən mübahisədən sonra Ukrayna prezidentinin istefaya getməsini istəmir.
Alpər
Şərhlər