Xəbər lenti

Dünya 16:44 01.09.2023

"Ciddə sammiti Rusiyasız danışıqların nəticəsiz olacağını göstərmək üçün planlaşdırılıb" - Lavrov

Ciddə sammiti başlamazdan əvvəl Səudiyyə Ərəbistanı Rusiyaya bildirib ki, bu tədbir Qərb ölkələrini Rusiya nümayəndə heyətinin iştirakı olmadan Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqların faydasızlığına inandırmaq üçün keçiriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBMİ-də çıxışı zamanı bildirib.

"Səudiyyəli dostlarımız bizə Ciddədə bu formatda daha bir görüş keçirmək istədiklərini bildirdilər. Onlar bildirdilər ki, bu, yalnız Qərb iştirakçılarına və Ukraynanın özünə Rusiya Federasiyasının iştirakı olmadan apardıqları istənilən müzakirələrin tam mənasız olması ideyasını çatdırmaq üçün edilir, Ciddədə baş tutan tədbirdə məhz belə də edildi”, - Lavrov deyib. 

Sergey Lavrov həmçinin bildirib ki, Rusiya BMT-nin Baş katibi Antonio Quterreşə Ukrayna prezidenti Volodimir Zelenskinin "sülh formulası” üzrə işçi qruplarının onlayn iclasında iştirak etmək üçün nümayəndələrinin göndərilməsi barədə müraciətdən sonradan xəbər tutub. "Mən cənab Quterreşi Yohannesburqda BRİKS sammitində gördüm. Mən ona səmimi dedim ki, bu, katibliyin bütün iş prinsiplərini pozur, çünki nizamnaməyə görə, o, qərəzsiz olmalıdır və heç bir hökumətdən göstəriş almamalıdır”.

Sergey Lavrov vurğulayıb ki, Rusiya "baş verənlərin bir çox aspektlərinin tərəfi” olaraq belə görüşlərdən xəbərdar edilməyib. "Bu, əsasən, Qərbin beynəlxalq təşkilatların katibliklərini özəlləşdirmək istəməsi ilə bağlı bizim çoxdankı qorxularımızı təsdiqləyir”, - o yekunlaşdırıb.

Qeyd edək ki, avqustun 5-6-da Səudiyyənin Ciddə şəhərində Rusiya və Ukrayna arasında hərbi münaqişənin nizamlanması üzrə danışıqlar aparılıb. İclasda 42 ölkənin nümayəndəsi iştirak edib. Görüş iştirakçıları Volodimir Zelenskinin "sülh formulu”nu müzakirə ediblər. Rusiya nümayəndələri Səudiyyə Ərəbistanına dəvət edilməyib. Xarici İşlər Nazirliyi bu görüşü "anti-Rusiya koalisiyasının yaradılması cəhdi” adlandırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->