Çin hökuməti ilk insanabənzər robotlarını 2025-ci ilə qədər istehsal etməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg məlumat
yayıb.
Müvafiq planı Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi hazırlayıb. Buna əsasən, hökumət bu sahəyə yönəlmiş daha çox gənc şirkətləri dəstəkləyəcək, sənaye standartlarını müəyyən edəcək, istedadları inkişaf etdirəcək və beynəlxalq əməkdaşlığı dərinləşdirəcək.
"Çin robototexnika şirkətlərinin səhmləri siyasi qərardan sonra yüksəlib və dünyanın iki ən böyük iqtisadiyyatı arasında çiplər və avadanlıqlar üçün texnologiya yarışına başqa bir ölçü əlavə edib. Tesla Inc. və Boston Dynamics kimi ABŞ şirkətləri indiyə qədər bu texnologiyalarda üstünlüyə sahib idilər", deyə məlumatda deyilir.
Qeyd edilir ki, proqram sənədinin təfərrüatları az olsa da, ambisiyaların çoxdur. Çin həmçinin 2027-ci ilə qədər insanabənzər robotların düşünmələrini, öyrənmələrini və innovasiya tətbiq etmələrini istəyir və onların istehsalını dəstəkləmək üçün güclü sənaye təchizat zənciri sistemi yaratmağı planlaşdırır.
Nizami Bağırov