Çin Xarici İşlər Nazirliyinin nümayənfəsi Lin Tsian bildirib ki, Pekin Vaşinqtonla silahlara nəzarət üzrə məsləhətləşmələri dayandırıb. Diplomatın aydınlaşdırdığı kimi, buna səbəb ABŞ silahlarının Tayvana satılması olub.
Bu barədə Qaynarinfo TASS-a istinadən xəbər
verir.
"ABŞ tərəfi Çinin kəskin etirazlarına və dəfələrlə çıxışlarına məhəl qoymayaraq, Çinin əsas maraqlarını ciddi şəkildə pozan və ikitərəfli siyasi qarşılıqlı etimadı məhv edən bir sıra hərəkətlər edərək, Tayvana silah satmağa davam edir", - Lin Tsian bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Pekin mövcud vəziyyətə görə Vaşinqtonu məsuliyyətli sayır. Onun sözlərinə görə, Çin ABŞ-la qarşılıqlı əlaqəni davam etdirməyə hazırdır, lakin bununla belə, Pekinin fundamental maraqlarına hörmətlə yanaşılmalıdır.
Xatırladaq ki, iyulun 12-də Çin hakimiyyəti altı Amerika hərbi sənaye şirkətinə və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib. Qərar ABŞ rəsmilərinin Çinə silah satmaq planları ilə bağlı açıqlamaları ilə də əsaslandırılıb.
Nizami Bağırov