Xəbər lenti

Çin Amerika şirkətlərinə qarşı cavab sanksiyaları tətbiq etdi
Dünya 15:28 22.05.2024

Çin Amerika şirkətlərinə qarşı cavab sanksiyaları tətbiq etdi

Çin Amerikanın hərbi-sənaye müəssisələrinə və onların rəhbərliyinə qarşı əks tədbirlər görüb. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ Pekinin öz ərazisi hesab etdiyi Tayvana silah satmaqda davam edir və bu, bir Çin prinsipini ciddi şəkildə pozur. Xarici İşlər Nazirliyi həmçinin ABŞ-ı Çinin daxili işlərinə qarışmaqda və ölkənin suverenliyinə və ərazi bütövlüyünə ciddi ziyan vurmaqda ittiham edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Lockheed Martin” və "Raytheon” şirkətlərinin bölmələri də daxil olmaqla 24 şirkətə sanksiya tətbiq edilib. Sanksiyalar çərçivəsində müəssisələr daşınar və daşınmaz əmlaklarının dondurulması ilə hədələnib. Həmçinin qara siyahıya Amerika şirkətlərinin 20 top meneceri də düşüb. Onlara Çin vizası verilməyəcək və həmçinin Çin ərazisinə daxil olmaq qadağan ediləcək.

"Uzun müddətdir ki, Birləşmiş Ştatlar Ukrayna böhranında Çinin obyektiv və ədalətli mövqeyinə və konstruktiv roluna məhəl qoymayıb, Rusiya ilə bağlı faktorlar əsasında bir sıra Çin müəssisələrinə qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq edib və Çin şirkətlərinin, qurumlarının və ayrı-ayrı şəxslərin qanuni hüquq və mənafelərini ciddi şəkildə pozaraq birtərəfli hədə-qorxu və iqtisadi məcburetmə ilə məşğul olub", deyə Çin Xarici İşlər Nazirliyi bildirib.

Xatırladaq ki, may ayında ABŞ Çini "ədalətsiz ticarət təcrübəsində” ittiham edib. Cavab olaraq və "Amerikalı işçiləri və şirkətləri qorumaq" üçün ABŞ prezidenti Co Bayden Çindən idxala rüsumlarının 18 milyard dollar dəyərində artırılmasına göstəriş verib. Bu həftə Dövlət Departamenti Rusiya Federasiyasına yardım etdiklərinə görə Çin şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğu barədə xəbərdarlıq edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->