Xəbər lenti

Çin bəzi Qərb liderlərini “Bir Kəmər, bir tol" forumuna dəvət etməyib - "Global Times"
Dünya10:55 13.08.2023

Çin bəzi Qərb liderlərini “Bir Kəmər, bir tol" forumuna dəvət etməyib - "Global Times"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin bəzi inkişaf etmiş ölkələrin liderlərini "Bir kəmər, bir yol” forumuna dəvət etməyib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Global Times” qəzetinə tədbirə hazırlıqla tanış olan mənbə bildirib.
O, Qərb mediasında gözləniləndən daha az ölkənin forumda iştirak edəcəyi və Avropanın iştirakdan yayınması ilə bağlı dərc olunan məlumatlara cavab verib.
Çin qəzetinin mənbəsi izah edib ki, dəvətlər əsasən inkişaf etməkdə olan ölkələrin nümayəndələrinə göndərilib. Onun sözlərinə görə, Çin miqyas üçün deyil, "keyfiyyət və səmərəlilik” üçün çalışır.
Qəzetin həmsöhbəti Qərb mətbuatına cavab verib ki, bəzi Avropa ölkələrinin liderləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Corc Meloni forumda iştirak etməyi planlaşdırmır. Onun sözlərinə görə, Pekin adı keçən bəzi Qərb liderlərinə dəvət göndərməyib. Bu baxımdan, "iştirakdan yayınma” ilə bağlı fərziyyələr sadəcə olaraq, dəvətlərin olmaması səbəbindən əsassızdır”.
Bəzi liderlərin forumda iştirakdan imtina etməsi ilə bağlı məlumatı daha əvvəl "The Wall Street Journal” nəşri yayıb. Qəzet Fransa, Almaniya, Yunanıstan, Çexiya və İtaliya nümayəndələrinin tədbirdə iştirak etməyi planlaşdırmadığını yazıb. Səbəblərdən biri kimi Rusiya prezidenti Vladimir Putinin mümkün iştirakı göstərilib.
Aydın