Xəbər lenti

Çin BMT-ni Yaxın Şərq üzrə böyük sammit keçirməyə çağırdı
Dünya11:52 22.10.2023

Çin BMT-ni Yaxın Şərq üzrə böyük sammit keçirməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Zai Jun BMT-ni Fələstin-İsrail münaqişəsinin həlli üçün sülh konfransı keçirməyə çağırıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
"Birləşmiş Millətlər Təşkilatı daha nüfuzlu, daha təsirli və daha geniş miqyaslı beynəlxalq sülh konfransının tez bir zamanda çağırılmasını təşviq etməlidir", deyə Çin nümayəndəsi bildirib.
Çin diplomatı qeyd edib ki, münaqişənin gərginləşməsi Fələstin məsələsinə məhəl qoymamağın qəbuledilməz olduğuna sübutdur. O vurğulayıb ki, Fələstin-İsrail münaqişəsindən çıxış yolu "İki xalq üçün iki dövlət" planına qayıdış və müstəqil Fələstin dövlətinin yaradılması ola bilər.
Aydın