Xəbər lenti

Çin Ciddə sülh sammitində "müsbət" siqnallar verdi - KIV
Dünya05:59 07.08.2023

Çin Ciddə sülh sammitində "müsbət" siqnallar verdi - KIV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin Ciddə danışıqlarında fəal iştirak edib və gələcəkdə oxşar görüşlərin keçirilməsi üçün "müsbət” siqnal verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” Avropa diplomatik dairələrindəki mənbələrə istinadən yazır.
Nəşr qeyd edir ki, bağlı qapılar arxasında keçirilən danışıqlar yekun bəyannamə olmadan başa çatıb. "Yekun fikir səslənmədi, yalnız Çindən ehtiyatlı müsbət siqnallar oldu", - hesabatda deyilir. 
Görüş milli təhlükəsizlik müşavirləri səviyyəsində keçirilib. Almaniya hökuməti adından görüşdə kansler Olaf Şolzun xarici siyasət məsələləri üzrə müşaviri Yens Plötner iştirak edib. ABŞ nümayəndə heyətinə Ceyk Sallivan başçılıq edib.
Ciddə görüşündə məqsəd müxtəlif sülh planlarını, məsələn, Çin, Afrika və Braziliyanı Ukraynanın "sülh formulu” ilə birləşdirmək olub. Ukraynanın ərazi bütövlüyü və suverenliyi kimi sülh yolu ilə həllin əsas məqamları üzrə razılıq əldə olunub. 
Qeyd edək ki, avqustun 5-6-da Səudiyyə Ərəbistanında ikigünlük sammit keçirilib və burada 42 ölkənin nümayəndəsi Ukraynadakı müharibəyə sülh yolu ilə son qoymaq yollarını müzakirə ediblər.
Rusiyanın tərəfdaş ölkələri Hindistan və Çin son anda bu görüşə qatılacaqlarını açıqlayıblar. Bu görüşə Rusiya Federasiyasının nümayəndələri dəvət olunmayıb.
Ukrayna Prezidentinin Ofisi ədalətli və güclü dünyanın qurulmalı olduğu əsas prinsiplər üzrə məhsuldar məsləhətləşmələrin aparıldığını bildirib.
Alpər