Xəbər lenti

Çin ilk dəfə Şimali Koreyanın Ukrayna müharibəsinə qoşulmasını şərh etdi
Dünya 18:28 24.10.2024

Çin ilk dəfə Şimali Koreyanın Ukrayna müharibəsinə qoşulmasını şərh etdi

Çinin Xarici İşlər Nazirliyi Şimali Koreya qoşunlarının Rusiya ərazisində yerləşməsi barədə məlumatları təkzib edib.

Qaynarinfo xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyana mətbuat konfransında "KXDR əsgərlərinin Rusiyaya göndərilməsini Pekin təsdiqləyə bilərmi və Şimali Koreyanın bu addımla "artıq uzanan" müharibəni yeni mərhələyə keçirməsi barədə mövqeyi nədir” sualına cavab verib:

"Birinci suala gəlincə, Çin bu vəziyyətdən xəbərsizdir. İkinci suala gəlincə, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır və biz ümid edirik ki, bütün tərəflər vəziyyətin gərginləşməsini azaltmağa çalışacaq və siyasi həll yolu ilə bağlı öhdəliklər götürəcəklər".

Şimali Koreya qoşunları Ukraynada
Xatırladaq ki, Kiyev əvvəllər Şimali Koreya ordusunun zabitlərinin artıq Ukraynanın işğal olunmuş ərazilərində Rusiya qüvvələrini təlim keçdiklərini bildirmişdi. Kəşfiyyat orqanları Şimali Koreya əsgərlərinin ilk dəfə Kursk vilayətində peyda ola biləcəyini qeyd ediblər.

KXDR qoşunlarının Rusiyaya göndərilməsini Cənubi Koreya, ABŞ və Şimali Atlantika Alyansı təsdiqləyib. KİV-lərin məlumatına görə, Seul indi öz silahlarını Ukraynaya göndərmək imkanını nəzərdən keçirir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->