Xəbər lenti

Çin İsveçrədə keçiriləcək sülh sammitində iştirakdan imtina etdi
Dünya 12:07 31.05.2024

Çin İsveçrədə keçiriləcək sülh sammitində iştirakdan imtina etdi

Çin İsveçrədə iyunun 15-16-da keçiriləcək sülh sammitində iştirakdan imtina edib. 

Qaynarinfo xəbər verir ki, bunu mayın 31-i cümə günü "Reuters” agentliyinə məsələ ilə bağlı məlumatlı dörd mənbə təsdiqləyib.

"Reuters” yazır ki, Pekin onun şərtlərinə əməl edilmədiyi üçün dəvəti rədd edib. Mənbələrdən biri bildirib ki, söhbət Rusiyanın sammitdə iştirakından və "bütün təkliflərin ədalətli müzakirəsindən” gedir.

Çin Xarici İşlər Nazirliyi məlumatı rəsmən təsdiqləməyib, lakin nazirliyin sözçüsü daha əvvəl Çinin bütün tərəflərin bərabər iştirakı ilə sülh konfransının keçirilməsini dəstəklədiyini bildirib.

2024-cü ilin yanvarında Kiyev Çin prezidenti Si Szinpini dünya liderlərinin İsveçrədə planlaşdırılan "sülh sammitində” iştirak etməyə dəvət edib, prezident ofisinin rəhbərinin müavini İqor Jovkva "Reuters”ə şərhində bildirib. Eyni zamanda, Çin 2023-cü ilin noyabrında Maltada keçirilən sülh formulu sammitində iştirak etməyib. 
İsveçrə də Çindən Qlobal sülh sammitində iştirakını istəyib.

Sülh sammiti 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok kurortunda baş tutacaq. Rusiyaya dəvət göndərilməyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->