Xəbər lenti

Çin lideri şəxsən Rusiya prezidentini xəbərdarlıq edibmiş - "Financial Times"
Dünya07:25 05.07.2023

Çin lideri şəxsən Rusiya prezidentini xəbərdarlıq edibmiş - "Financial Times"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin lideri Si Cinpin şəxsən Rusiya prezidenti Vladimir Putinə Ukraynaya qarşı nüvə silahından istifadə etməməsi barədə xəbərdarlıq edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Qərb və Çin rəsmilərinə istinadən "Financial Times” qəzeti yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, o vaxtdan bəri digər ölkələrin diplomatları ilə söhbətlərdə Çin rəsmiləri Rusiyanın nüvə təhlükələrindən imtinasını öz nailiyyətləri adlandırmağa başlayıblar və bu, Pekinə Avropa ilə münasibətləri bərpa etməyə kömək edir.
Rusiyanı işğala görə qınamayan Çin nüvə silahının istifadəsinə açıq şəkildə qarşı çıxıb. Qəzetin yazdığına görə, Sinin Kreml rəhbərinə xəbərdarlığı Qərb ölkələrində ümid yaradıb ki, Pekin bağlı qapılar arxasında bu ritorikaya sadiq qalır.
"Çin bütün səviyyələrdə mesajın göndərilməsinə görə məsuliyyəti öz üzərinə götürüb”, - ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib.
Kremlə yaxın FT mənbələri bildirirlər ki, Putin taktiki nüvə silahlarının Rusiyaya üstünlük verməyəcəyinə şəxsən qərar verib. Onların fikrincə, nüvə zərbəsi çox güman ki, Putinin işğal etmək istədiyi əraziləri "şüalanmış çöllərə” çevirəcək və bu, Rusiya ordusunun irəliləməsinə çox az kömək edəcək.
Xatırladaq ki, iyunun 20-də ABŞ prezidenti Co Bayden Putinin nüvə silahından istifadə etmə niyyətini "real” təhlükə adlandırıb. Eyni zamanda, Vaşinqton Moskvanın bundan istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür.
Nizami Bağırov