Çin ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Putinin görüşünü öz ərazisində keçirməyi təklif edib ki, Ukraynadakı müharibənin bitməsinə kömək etsin.
Qaynarinfo xəbər verir ki, bunu The Wall Street Journal (WSJ) öz mənbələrinə istinadən
yazıb.
Nəşr qeyd edib ki, Pekin və Vaşinqtondakı mənbələrin məlumatına görə, son vaxtlar Çin rəsmiləri vasitəçilərin xəttiylə Trampın komandasına Putinlə görüş keçirmək və mümkün atəşkəsdən sonra səyləri dəstəkləmək təklifi ediblər.
Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna üzrə mümkün sülh danışıqları ilə bağlı müzakirələr yeni təkan qazanıb.
Dünən gec saatlarda Trampın Səudiyyə Ərəbistanında Putinlə görüşməyi planlaşdırdığı barədə məlumat yayılıb.
Bu gün isə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri icmal dərc edərək bildiriblər ki, Putin Ukraynaya qarşı müharibənin dayandırılması üzrə gələcək sülh danışıqlarında hər hansı kompromislə maraqlanmır. ISW analitiklərinin fikrincə, birincisi, o, ümumiyyətlə bununla maraqlanmır, ikincisi isə bütün gücü ilə ABŞ və Avropaya öz maraqlarını qəbul etdirməyə çalışacaq.
Alpər
Şərhlər