Çin 2025-ci ildə mərkəzi hökumətin büdcəsindən 1,81 trilyon yuanın (250,1 milyard dollar) müdafiə xərclərinə ayrıldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 14-cü Çin Ümumxalq Məclisinin 3-cü iclası çərçivəsində Çin Xalq Azadlıq Ordusu və Silahlı Polis Birliyindən ibarət nümayəndə heyətinin sözçüsü Vu Tsyan ölkənin müdafiə büdcəsi və Tayvan məsələsinə dair açıqlamalar verib.
Vu Tsyan Çin hökumətinin müdafiə və iqtisadi inkişafa paralel yanaşma siyasətinə uyğun olaraq məqbul bir müdafiə büdcəsi müəyyən etdiyini bildirib. O, 2025-ci ildə mərkəzi hökumətin büdcəsindən 1,81 trilyon yuanın (250,1 milyard dollar) müdafiə xərclərinə ayrıldığını vurğulayaraq, bunun 2024-cü illə müqayisədə 7,2 faiz artım demək olduğunu qeyd edib.
Tayvan məsələsinə də toxunan sözçü adanın Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu vurğulayıb və "vahid Çin" siyasətinin beynəlxalq ictimaiyyətin ortaq mövqeyi olduğunu bildirib.
Aydın
Şərhlər