Xəbər lenti

Dünya 13:17 27.12.2023

Çin ordusunda korrupsiya əməliyyatı: Onlarla zabit yoxa çıxıb

Çin prezidenti Si Szinpinin orduda korrupsiyaya qarşı kampaniyası çox sayda zabit və məmura təsir edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek” "Cercius Group” konsaltinq şirkətinin məlumatlarına istinadən yazır.

"İndiyə qədər biz Çin Xalq Azadlıq Ordusunun Raket Qüvvələrinə dair daha geniş araşdırma çərçivəsində itkin düşən 70-ə yaxın adamın izinə düşə bilmişik", deyə təşkilat bildirib.

Şirkətdən verilən məlumata görə, zabitlər faktiki təqsirindən asılı olmayaraq, yalnız Çin rəhbərinin şübhələri əsasında vəzifəsindən uzaqlaşdırıla bilər. Bütün kampaniyanın Çin Xalq Azadlıq Ordusubnun komandanlığına və kritik infrastrukturuna böyük təsir göstərəcəyi gözlənilir.

Bundan əvvəl Çinin dəniz qüvvələrinin komandirini dəyişdiyi bildirilirdi. Çin Xalq Respublikasının və Mərkəzi Hərbi Şuranın sədri Si Szinpin Donq Yunu əvəz edən Hu Çjonminqə admiral rütbəsi verib.

Hu 1979-cu ildən orduda xidmət edir və sualtı qayıq komandiri olub. 2013-cü ildə onun sualtı dəstəsi dövlət mükafatlarına layiq görülüb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->