Xəbər lenti

Çin Rusiya-Ukrayna savaşının həlli ilə bağlı 12 bəndlik “sülh planı”nı açıqladı - MADDƏLƏR
Dünya07:34 24.02.2023

Çin Rusiya-Ukrayna savaşının həlli ilə bağlı 12 bəndlik “sülh planı”nı açıqladı - MADDƏLƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin həllinə dair 12 bəndlik "sülh planı”nı dərc edib. 
Qaynarinfo bu barədə Çin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Plana əsasən, Pekin aşağıdakıları təklif edir:
* Bütün ölkələrin suverenliyinə hörmət etmək və beynəlxalq qanunlara, o cümlədən BMT nizamnaməsinə riayət etmək;
* Soyuq müharibə təfəkküründən imtina etmək və "bir ölkənin təhlükəsizliyinin digər ölkələrin təhlükəsizliyi hesabına əldə edilə bilməyəcəyini, regional təhlükəsizliyin isə hərbi blokların gücləndirilməsi və ya genişləndirilməsi ilə təmin edilə bilməyəcəyini” qəbul etmək;
* Döyüş əməliyyatların dayandırmaq, çünki "müharibədə qalib olmur". Eyni zamanda, Çin bütün tərəflərə "rasionallığı və təmkinliyi qorumağı, odun üstünə yağ tökməməyi, münaqişələri gərginləşdirməməyi və Ukrayna böhranının genişlənməsinin və ya nəzarətdən çıxmasının qarşısını almağı” tövsiyə edir;
* Sülh danışıqlarına başlamaq, çünki "dialoq və danışıqlar Ukrayna böhranından yeganə real çıxış yoludur”. Çin rəhbərliyi hesab edir ki, beynəlxalq ictimaiyyət münaqişə tərəflərinə "siyasi nizamlanma qapılarını açmağa” kömək etməli və danışıqlar üçün platforma təqdim etməlidir;
* Mülki şəxslər üçün humanitar dəhlizlər yaratmaq və müvafiq yardımı artırmaqla humanitar böhranı həll etmək;
* Dəyişdirilməsi üçün "əlverişli şərtlər" yaratmaqla mülki şəxsləri və hərbi əsirləri qorumaq;
* Atom elektrik stansiyalarının təhlükəsizliyini dəstəkləmək;
* Nüvə, kimyəvi və ya bioloji silahlardan istifadə təhlükəsinə qarşı mübarizə;
* Taxıl müqaviləsi çərçivəsində Ukraynadan taxıl ixracına zəmanət vermək;
* "Nəinki problemləri həll etməyəcək, hətta yenilərini yaradacaq” birtərəfli sanksiyaların dayandırılması;
* Qlobal iqtisadiyyatı qorumaq və onun siyasiləşməsinə müqavimət göstərmək üçün istehsal və təchizat zəncirlərinin sabitliyini təmin etmək;
* Çinin "kömək etməyə və konstruktiv rol oynamağa” hazır olduğu müharibədən sonrakı yenidənqurmaya kömək etmək.
Bu sənədin dərc olunmasını fevralın 19-da Çin Kommunist partiyası Mərkəzi komitəsinin xarici əlaqələr komissiyasının dəftərxanasının rəhbəri Van İ elan edib. Van İ Münhen təhlükəsizlik konfransında iştirak etdikdən sonra Moskvaya səfər edib. O, prezident Vladimir Putinlə görüşüb, Ukrayna ilə danışıqlara açıq olduğuna görə təşəkkür edib.
Hələ planın dərcindən əvvəl ABŞ Dövlət Departamenti münaqişənin sülh yolu ilə həlli üçün Çinin qarşıdakı təşəbbüsünə şübhə ilə yanaşdığını bildirib. AFP-nin məlumatına görə, Pekin sülh planını hazırlayarkən Kiyevlə məsləhətləşməyib.
Ukrayna prezidenti Vladimir Zelenski Çinə sülh planını müzakirə etmək üçün diplomatlar səviyyəsində görüş təşkil etməyi təklif edib. "Biz Çinlə görüşmək istərdik - bu, bu gün Ukraynanın maraqlarına uyğundur. Dünyanın nə qədər çox ölkəsi Sülh formulasında iştirak etsə, bir o qədər çox ölkə ... suverenliyimizə hörmətlə Ukraynada müharibəni necə bitirmək barədə düşünəcək, <...> buna bir o qədər tez nail olacaq ", - Ukrayna lideri qeyd edib.
Onun sözlərinə görə, Çinin sülh yolu ilə nizamlanma haqqında dedikləri "artıq yaxşıdır”. "Ancaq biz onların təklif etdiklərinin xüsusiyyətlərini gördükdən sonra bəzi nəticələr çıxaracağıq və sonra nəsə aydın olacaq”, - deyə Zelenski yekunlaşdırıb.
Nizami Bağırov