Xəbər lenti

Çin Rusiyaya avtomobil ixracını azaldıb
Dünya11:03 21.06.2022

Çin Rusiyaya avtomobil ixracını azaldıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin Rusiyaya avtomobil ixracı artıq iki aydır ki azalır.
Qaynarinfo-nun məlumatına görə   bu barədə "Kommersant" qəzeti xəbər yayıb.
Qeyd edilir ki, ixracın azalması Ukraynadakı müharibə ilə bağlıdır. Tələbin azalması və təchizat zəncirinin pozulması fonunda avtomobil ixracı da azalıb. Çin gömrük orqanlarının verdiyi məlumata görə, mart ayında Çin Rusiyaya 190,7 milyon dollar, apreldə 74.6 milyon, may ayında isə təxminən 32 milyon dollar dəyərində minik avtomobili tədarük edib. Rusiyada ən çox satılan 20 avtomobil markası sırasında Chery, Geely, Naval və Changan da daxil olmaqla beş Çin avtomobili var. "Kommersant” Avropa Biznes Assosiasiyasının məlumatlarına istinadən yazır ki, 2022-ci ilin ilk beş ayında Çin avtomobil markalarının Rusiya bazarındakı payı orta hesabla 1%-dən az artıb.
Böyük Qərb istehsalçılarının Rusiya biznesinə sanksiya tətbiq etməsindən sonra rus avtomobil istehsalçılarının Çindən almağa başladığı avtomobil hissələrinin tədarükü də fevralda 117,1 milyon dollardan may ayında 81,3 milyon dollara düşüb. Hazırda fevral ayından bu yana Rusiyadakı 20 avtomobil zavodundan 18-i bağlanıb. 
Nurlan Hüseynov