Çin açıq şəkildə özünü sülh tərəfdaşı adlandıraraq ikili oyun oynayır, eyni zamanda Rusiyaya "ölümcül hərbi yardım" göstərmək qərarını verməyə yaxınlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN-ə kəşfiyyat məlumatları ilə tanış olan ABŞ rəsmiləri
bildirib.
Beləliklə, amerikalılar son vaxtlar Çin və Rusiya arasında münasibətlərdə "narahatedici tendensiyaları" hiss etməyə başlayıblar.
"Pekinin tərəddüdsüz Rusiyaya ölümcül hərbi yardım göstərmək xəttini keçmək istədiyinə dair əlamətlər var”, deyə mənbələr bildirib.
ABŞ dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşdə bu məsələni qaldırıb.
"Dövlət katibi Çinin Rusiyaya maddi dəstək verməsinin və ya Rusiyaya sanksiyalardan sistematik şəkildə yayınmağa kömək etməsinin nəticələri barədə kifayət qədər açıq xəbərdarlıq edib”, deyə Dövlət Departamenti bildirib.
Ağ Ev vurğulayır ki, Çin silahlarının Rusiyaya tədarükü "yalnız təcavüzü mükafatlandıracaq, qətlləri davam etdirəcək və qaydalara əsaslanan nizamı daha da pozacaq".
ABŞ rəsmiləri hesab edir ki, Çin Münhendə "sülh planı” təklif etməklə özünü sülhməramlı kimi göstərməyə cəhd edir, eyni zamanda "öldürücü yardımı" nəzərdən keçirməklə Rusiyanın müharibə səylərinə gizli şəkildə kömək edir.
"Biz onlara çox açıq şəkildə bildirdik ki, bu, bizim üçün və münasibətlərimizdə ciddi problem yaradacaq", deyə Entoni Blinken vəziyyəti şərh edib.
Aydın