Çin və ABŞ gələn həftə silahlara nəzarət və nüvə silahlarının yayılmaması ilə bağlı məsləhətləşmələr keçirməyə hazırlaşır.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, danışıqların Vaşinqtonda baş tutacağını Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin brifinqdə
bildirib.
Çin nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin rəhbəri rəhbərlik edəcək. "Reuters”in məlumatına görə, Van Venbin bildirib ki, tərəflər geniş spektrli məsələlər, o cümlədən silahlara nəzarət üzrə beynəlxalq müqavilələrin icrası üzrə dialoq aparmaq niyyətindədirlər.
Qeyd edək ki, ötən həftə Çinin xarici işlər naziri Van İ Vaşinqtona işgüzar səfər edib. O, prezident Co Bayden, dövlət katibi Entoni Blinken və prezidentin müşaviri Ceyk Sallivanla görüşüb. Tərəflər Co Bayden və Si Szinpin arasında görüş üzərində işləmək barədə razılığa gəliblər.
Nizami Bağırov